Bazar , Oktyabr 25 2026
azfa

Alman hərbi ekspertdən etiraf: Azərbaycan alman ordusunu da məğlub edərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı.

Bunu Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi, polkovnik-leytenant Maykl Karl türk PUA-ları barədə danışarkən deyib.

Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi PUA və kamikaze dronlarla bağlı danışan M.Karl bildirib ki, alman ordusu bu cür sistemlərlə qarşılaşsaydı, özünü kifayət qədər qoruya bilməzdi:

“Müasir döyüşdə həyatda qalmaq üçün yeni texnologiyalara və ən son döyüş texnikalarına sahib olmalısan. Almaniya bu baxımdan o qədər də pis deyil, ancaq gələcəyin müharibə texnologiyaları sürətli şəkildə inkişaf etməkdə davam edir. Alman ordusu bu sürətə ayaq uydurmalıdır”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …