Cümə axşamı , Yanvar 22 2026
azfa

İrqçi fars rejim azərbaycanlı alim alim Əhmədrza Calalini edama hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı alim alim Əhmədrza Calalini edama hazırlaşır.

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı araşdırmaçı-alim, mütəxəssis həkim Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

Məlumata görə, Ə.Calali iyulun 29-da təkadamlıq kameraya aparılıb. O ailəsi ilə qısa telefon əlaqəsində edam hökmünün icra olunacağı ehtimalından danışıb.

Məhbusun ailə üzvlərindən biri bildirib ki, o köçürüldükdən sonra yalnız bir dəfə qısa telefon əlaqəsi saxlaya bilib.

Qeyd edək ki, Prof. Calali İsveç vətəndaşıdır və İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub. Alim isə özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edərək, ittihamın heç bir əsası olmadığını bildirib.

Həmçinin yoxlayın

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi …

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin …

Bir cavab yazın