Cümə , Sentyabr 20 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Babək Ağazadəni həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 2019-cu ilin noyabr ayı etirazları zamanı yaxalanan Güney Azərbaycanın Məlikan şəhərinin bələdiyyə işçisi Babək Ağazadəni həbsə məhkum edib.

Rejimin Marağadakı İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib. Məlumata görə, Ağazadənin məhkəməsi hakim Məhəmməd Cabbarinin sədrliyi ilə keçirilib.

Azərbaycanlı fəala “Antirejim qruplara üzv olmaq” ittihamı ilə dörd il, “Sistemə qarşı təbliğat” ittihamı ilə isə bir il həbs cəzası verilib. İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, məhkəmə qərarı təsdiq olunarsa, Ağazadəyə dörd il həbs cəzası veriləcək.

Bu barədə azərbaycanlı fəalın vəkili Səccad Vəlibəyliyə məlumat verilib.

Qeyd edək ki, Babək Ağazadə 2019-cu il dekabr ayının 16-da ETTELAAT məmurları tərəfindən yaxalanıb. Fəal Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasında iki ay saxlanıldıqdan sonra zindana köçürülüb. Fəal sonra 600 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …