Cümə , Aprel 17 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Məhəmməd Xakpuru mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il yanvar ayının 1-də azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpuru Kəleybərdə yerləşən məhkəməsində mühakimə edib.

Fəal Babək Qalası Qurultayı dosyesi ilə əlaqədar mühakimə edilib və sonuncu dəfə irəli sürülən ittihamlardan özünü müdafiə edib.

Məlumata görə, məhkəmə iclası təxirlə başlayıb və azərbaycanlı fəal bu vəziyyətə etiraz edib. Bundan sonra iclasına qatılan hakim iclası tərk etməyə məcbur olub və fəaldan üzr istəyib.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Xakpur 2018-ci il iyul ayının 5-də Babək Qalası Qurultayında yaxalanaraq, rejimin Əhər şəhərində yerləşən təcridxanasına aparılıb və 3 gün saxlandıqdan sonra zaminə buraxılıb. Azərbaycana fəala qarşı vəhşicəsinə işgəncə verilib.

Azərbaycanlı fəal rejim tərəfindən şərlənərək, “separatçılıq məzmunlu materiallar yaymaqla sistem əleyhinə və sistemə qarşı qrupların xeyrinə təbliğat”da ittiham edilib.

Bundan öncə isə fəala rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən ittiham elan edilib və vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın