İrqçi fars rejim azərbaycanlı fəal Nəsim Sadiqini 6 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini 6 ay həbsə məhkum etdi

Bununla bağlı rejimn Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə qərar çıxarıb.

Rejim azərbaycanlı fəalı sosial mediada fəaliyyətlərə görə şərləyərək “Sistem əleyhinə təbliğat”da günahlandırıb və onu 6 ay həbs cəzasına məhkum edib. Azərbaycanlı fəal Nəsim Sadiqi xüsusilə Telegram sosial şəbəkəsində idarə etdiyi “Milli Görüş” adlı kanalla əlaqədar bu saxta ittihama məruz qalıb.

Nəsim Sadiqi sentyabrın 3-də “Sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə Təbrizdə yerləşən rejimin İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunub. O məhkəmə prosesində irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir.

Fəal şərləndiyini bildiyi üçün məhkəməni müstəqil qərar çıxarmağa çağırmışdı. Lakin rejimin məhkəməsi ona qarşı 6 ay həbs qərarı çıxarıb.

Nəsim Sadiqi 2018-ci ilin oktyabr ayında Sepahın Təhlükəsizlik Bölməsi tərəfindən yaxalanmışdır. Fəal mülki vəsiqə qarşılığında oktyabrın 31-də zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın