Şənbə , İyul 11 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Rza Zareini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Rza Zareini həbs edib. Fəalın 91 günlük həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına salındığı bildirilir.

Azərbaycanlı fəalı oktyabrın 22-də Təbriz Prokurorluğunun Hökmləri İcra edən Bölməsinə müraciət etdikdən sonra rejimin məmurları fəalı həbs ediblər.

Qeyd edək ki, Rza Zarei 2018-ci il oktyabrın 17-də rejimin terrorçu Sepah Təşkilatının təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Təbrizdə tutulub. Fəal 17 gün ETTELAAT İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Azərbaycanlı fəal bundan əvvəl rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Rejimin Apellyasiya məhkəməsində isə oktyabrın 7-də fəalın həbs müddəti 91 günə endirilib.

Azərbaycanlı fəal Rza Zarei isə özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin çıxardığı hökmə kəskin etiraz edib və qərara yenidən baxılmasını istəmişdir.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın