Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Əli Əzizini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əli Əzizini rejimin Təbrizdəki İnqilab məhkəməsinə çağırıb.

Fəala rejimin məhkəməsinin Elektron Sistemi vasitəsilə göndərilən çağırış vərəqəsinə əsasən, o sentyabrın 14-də, saat 11:30-da rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsində olmalıdır.

Qeyd edək ki, rejimin Urmiyada yerləşən 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı fəal Əli Əzizi və başqa 5 nəfər azərbaycanlı fəalı həbsə məhkum edib. Azərbaycanlı fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “Ümumi asayişi pozmaq”da ittiham edərək, 8 ay həbs cəzası verilmiş və həmin cəzanı 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə əvəz etmişdir.

Azərbaycanlı fəal Təbrizdə zindanda saxlandığına görə məhkəmə qiyabi keçirilmişdir. Hazırda isə azərbaycanlı milli fəalın apelyasiya şikayəti üzrə onun dosiyesinə yenidən baxılmalıdır.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri yenidən fevralın 23-də Əli Əzizinin ata evinə hücum edərək fəalı yaxalamış və ona qarşı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham edilmişdir.

Əli Əzizi koronavirus təhlükəsi səbəbindən martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

Bir cavab yazın