Cümə axşamı , Sentyabr 24 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal İbrahim Nurinin zaminə buraxılmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda Babək Qalası Qurultayı ərəfəsində irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalan azərbaycanlı fəal İbrahim Nuri Evin zindanının 209-cu bölməsində həbsdə saxlanılır.

Evin  Prokurorluğunun 7-ci şöbəsinin müstəntiqi azərbaycanlı fəalın qardaşı Fərəc Nuriyə bildiriblər ki, İbrahim Nurinin yaxın zamanlarda zaminə buraxılmasını gözləməsinlər. Fərəc Nuriyə bildirilib ki, İbrahim son zamanlar geniş fəaliyyətlə məşğul olub, ona görə də yaxın vaxtlarda sərbəst buraxılacağı gözlənilmir.

Babək Qalası Qurultayı ilə əlaqədar yaxalanan fəallardan bir neçəsi bildiriblər ki, irqçi fars rejimin məmurları dindirmə zamanı İbrahim Nuriyə qarşı sərt davranmışlar. Məlumata görə, müstəntiqlər azərbaycanlı fəaldan intiqam almaq üçün məhkəmə orqanlarından icazə aldıqlarını iddia ediblər.

Hüquq ixtisası üzrə təhsil alan İbrahim Nurinin 27 yaşı var. O 14 yaşından mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal son iki dosyesi ilə əlaqədar sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə toplam olaraq 16 ay həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın