Cümə axşamı , Oktyabr 29 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Saman Bidarı həbs elib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal Saman Bidarı həbs elib. Azərbaycanlıfəal ailəsi ilə telefon danışığı zamanı bazar günü həbs olunduğunu bildirib.

Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal və Traxtur futbol komandası tərəfdarlarının Ərdəbildəki tərəfdarlarından olan Saman Bidar yaxınları ilə telefon danışığında 28 fevral, bazar günü təhlükəsizlik məmurları tərəfindən yaxalandığını bildirib.

Saman Bidar ailəsinə bildirib ki, saxlanılandan bir gün sonra, fevralın 29-da rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “hSistemə qarşı təbliğat” olduğu bildirilib.

Azərbaycanlı fəal ondan müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra rejimin Ərdəbildəki zindanına köçürüldüyünü söyləyib.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …