Cümə axşamı , Oktyabr 29 2026
azfa

Rejim Aydın Zakiri və Siyamək Seyfini məhkəməyə çağıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim erməni təcavüzünü pislədikləri üçün azərbaycanlıfəallar Aydın Zakiri və Siyamək Seyfinin Xiyavda məhkəməyə çağıdı.

Rejim Xiyav (Meşkin) şəhərində yaşayan  azərbaycanlı milli-mədəni fəallar Aydın Zakiri və Siyamək Seyfi, ayrı-ayrılıqda aldıqları bildirişlər vəsatisilə Xiyavda yerləşən İnqilab Məhkəməsinə çağrılıblar.

Fəallar elektron bildirişi aldıqdan sonra 5 gün iərzində rejimin Xiyavdakı Ümumi və İnqilab Məhkəməsinin ikinci şöbəsində hazır olmalıdırlar.

Göndərilən çağırış vərəqələrində Zakiri və Seyfiyə qarşı irəli sürülən ittihamlar sıra ilə “İctimai asayişi pozmaqda iştirak etmək” və “İctimai asayişi pozmaq üçün əlbir olmaq” göstərilib.

Qeyd edək ki, hər iki fəal 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilmə əməliyyatlarına dəstək və İran hökumətinin Ermənistana hərbi, texniki və locistik yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılmışdılar.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …