Çərşənbə , Aprel 24 2024
azfa

İrqçi fars rejim bəraət almış 3 azərbaycanlı fəalı yenidən mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejim bəraət almış 3 azərbaycanlı fəal Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari Rəufini ittihamlardan bəraət qazanmalarına baxmayaraq yenidən mühakimə edir.

Rejim Urmiyadakı prokurorunun müavini vasitəsilə fəalların məhkəmə dosyesi ilə bağlı şikayət etdikdən sonra bu barədə artıq qərar verilib.

Azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari Rəufi 2018-ci il mayın 25-də bir neçə fəalla birlikdə Sulduz şəhərində yaxalanmışdılar. Onlar 2006-cı ildə Milli Qiyam zamanı rejim tərəfindən şəhid edilmiş azərbaycanlıların Sulduzda məzarını ziyarət edərkən yaxalanmış, bir müddət sonra müvvəqti olaraq zaminə buraxılmışdılar.

Qeyd edək ki, həmin azərbaycanlı fəalların dosyesi məhkəmənin prokurorluqda olan nümayəndəsi tərəfindən bağlanmışdır. Lakin irqçi fars rejimin təhlükəsizlik orqanlarının təzyiqi ilə rejimin Sulduzdakı prokuroru həmin dosyeni yenidən gündəmə gətirib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın