Şənbə , İyul 19 2025
azfa

İrqçi fars rejim erməni icmasının əliylə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərə yardım edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim İranda yaşayan erməni icmasının əliylə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində ermənilərə yardım edir.

Sonuncu belə yardım Şuşada məktəbə çatdırılıb. Fotodan göründüyü kimi, Şuşadakı kollecin girişindəki adı rus(!) dilində də yazılıb…

Rejimin dəstəyi ilə İran paytaxtındakı erməni icmasının yaratdığı  “Tevanik” xeyriyyə təşkilatı Azərbaycanın işğal altındakı bir sıra məntəqələrinə, o cümlədən Şuşadakı erməni kolleclərindən birinə kompüter və digər  ləvazimatlardan ibarət yardım gətirib.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  “Tevanik” erməni xeyriyyə təşkilatı 2014-cü ildən Qarabağda layihələr icra etməyə başlayıb. Ötən illərdə təşkilat Şuşa və Xankəndində qadınlar üçün əl işləri sexləri açıb. Əsgəran yaxınlığındakı kəndlərdən birində  gündə 1 ton meyvə quruda bilən xüsusi qurğu quraşdırıb. Hərbçilərə, çoxuşaqlı ailələrə və s. yardım göstərib.

Həmçinin yoxlayın

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …

Bir cavab yazın