Çərşənbə axşamı , İyun 16 2026
azfa

İrqçi fars rejim fars dilini sərbəst bilməyən azərbaycanlı uşaqları zəka geriliyi olan uşaqlara nəzərdə tutulmuş məktəblərə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycana qarşı müstəmləkə siyasətinin davamında fars dilini sərbəst bilməyən azərbaycanlı uşaqları zəka geriliyi olan uşaqlar üçün nəzərdə tutulmuş məktəblərə göndərir.

Artıq məktəb yaşına çatmış uşaqlardan fars dili haqqında imtahan alınır və qəbul olmayan azərbaycanlı uşaqlar zəka geriliyi olan uşaqlar üçün nəzərdə tutulmuş məktəblərə göndərir.

Əldə etdiyimiz məlumata görə, Güney Azərbaycanın bir sıra bölgələrində və o cümlədən Meşginşəhrdə fars dilində soruşulan suallara kifayət qədər düzgün cavab veə bilməyən bir uşağı məktəbə qəbul etməyiblər. Həmin uşağı zəka geriliyi olan uşaqlar üçün nəzərdə tutulmuş uşaqların məktəblərinə göndəriblər.

Uşağın atası bu haqsızlığa qarşı Meşginşəhrin Təhsil İdarəsinə müraciət edib. İdarənin rəisi Nurizadə deyib ki, onun əlindən heç bir iş gəlmir və uşaqların fars dili testindən keçib məktəbə qəbul edilməsi lazımdır.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …

Bir cavab yazın