Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejim Güney Azərbaycanda insanları övladına ad qoymaq haqqından məhrum edib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İiqçi fars rejim Güney Azərbaycanda insanları övladına ad qoymaq haqqından məhrum edib. Rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır ki, şəxsiyyət vəsiqəsi verilmir.

Uşağın atası azərbaycanlı milli-mədəni fəal və sənətkar Səccad Colani paylaşdığı videoda bu barədə məlumat verib.

Azərbaycanlı fəal Səccad Colani rejimin Ərdəbildə yerləşən Vətəndaş Vəziyyətinin Qeydiyyat Şöbəsinin qarşısında çəkdiyi videoda, bildirib ki, şöbənin məsullarının ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu deyiblər.

Fəala deyiblər ki, Tehranda üç fars ədəbiyyatı mütəxəssisindən ibarət olan heyət Ayıl adına şəxsiyyət vəsiqəsinin verilib verilməməsi barədə qərar verəcəklər. Şöbənin məsulları həmçinin şifahi olaraq Colani ailəsinə seçdikləri adın təsdiqlənmədiyini bildiriblər.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətinin milli kimliyini və dilini məhv etmək məqsədilə onlara öz dilində övladlarına ad qoymasına mane olur.

Rejim azərbaycanlı ailəni öz övladına ad seçmək hüququndan məhrum edib

Publicerat av Ali Huseyn Onsdag 2 september 2020

Həmçinin yoxlayın

Tom Tugenhat: Britaniyada Əraqçiyə tribun verilir, halbuki İranda insanlar eyni hüquqa sahib olmaq uğrunda öldürülür

GADTB: Britaniya parlamentində Mühafizəkarlar Partiyasının deputatı və ölkənin keçmiş təhlükəsizlik naziri Tom Tugenhat Abbas Əraqçinin …

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Bir cavab yazın