Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejim həbs etdiyi Abbas Lisaninin ailəsinə qarşı təzyiqləri artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi Abbas Lisaninin ailəsinə qarşı təzyiqləri artırıb. Ərdəbil vilayətinin İctimai Məkanlara Nəzarət İdarəsi Abbas Lisaninin oğlu Əli Lisaniyə məxsus mağazanı plomblayıb.

Artıq Əli Lisaninin qazanc yeri olan mağazanın şüşəsinə bununla bağlı bildiriş də yapışdırılıb. Həmin yapışdırılmış yazıda bildirilir: “Bu mağaza elan edilmiş qayda və prinsiplərə əməl etmədiyinə görə, növbəti qərar verilənə qədər plomblanıb.”

Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 8-də rejimin həmin idarəsi Əli Lisaniya xəbərdarlıq məktubu göndərərək, onun qızıl məmulatlarının təmiri mağazasının bağlanacağını elan etmişdi.

Abbas Lisani o vaxt  həmin qərarın rejimin təhlükəsizlik orqanlarının ona və ailəsinə qarşı təzyiqlərin bir hissəsi kimi dəyərləndirmişdir.

Lisani həmçinin Məhəmmədbağır Universitetində podratçı kimi çalışan yeznəsi Musa Qasımi ilə müqavilənin ləğv olunduğunu və onu layihədən uzaqlaşdırıldığını bildirmişdir. Universitet məsulları isə Musa Qasıminin layihədən uzaqlaşdırılması ilə bağlı sorğusuna cava olaraq demişdilər: “Biz separatçılarla işləmirik”. Abbas Lisaninin oğlu Əli isə iki il bundan öncə qızıl məmulatlarının təmiri ilə məşğul olan mağaza açıb. O, bunun üçün lisenziya almağa da çalışıb və aidiyyatı orqanlara müraciət edib. Ona mağazanın plomblanacağı ilə bağlı ilk xəbərdarlıq göndərildikdən sonra Əli Lisani bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqının rəhbəri ilə görüşüb, onunla məsələni aydınlaşdırmağa çalışmışdı. O Əli Lisaniyə bu qərarın İranın ETTELAAT İdarəsinin Ərdəbil şöbəsinin göstərdiyi təzyiqlərə görə qəbul edildiyini bildirmişdi

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın