Çərşənbə , Sentyabr 30 2026
azfa

İrqçi fars rejim hücum edərək yüzlərlə Qaşqay türkünü yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinin “Qayınews” saytına istinadən yaydığı məlumata görə, irqçi fars rejim son 3 gün ərzində təkcə Qəsre Qomşe bölgəsində 50-dən çox qaşqay türkünü “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi yaxalayıb.

Yaxalananlardan bəzilərinin adı aşağıdakılardan ibarədir:

1)     Qaşqayların ən böyük tayfalarından biri Əmələdən olan Vəhid Turabi. Noyabrın 18-i, gecə saat 3 radələrində “Sepah”ın Kəşfiyyat İdarəsi əməkdaşları Turabinin Qəsre Qomşedə yerləşən evinə hücum edib, onu bir müddət döydükdən sonra maşına mindirib, naməlum istiqamətdə aparıblar. Aldığı xəsarətlərdən onun sağ kürək sümüyü və iki dişi sınıb.

2)     Haşim Zarə: Vəhid Turabi bacısının həyat yoldaşıdır. O, təhlükəsizlik qüvvələrinin Vəhidin evinə hücumu zamanı onlarda olub və döyülərək həbs edilib.

3)     Kiyanuş Qardaşi Dariyuş oğlu (Əmələ tayfası üzvü)

4)     Kambiz Qardaşi

5)     Fərşad Miri (Kəşkülü tayfası üzvü)

6)     Həmid Reyhani

7)     Məcid Reyhani (Həmid Reyhaninin əkiz qardaşı)

8)     Bicən Kərəmi (Dərəşurlu tayfasının Qara Qanlı nəslinin üzvü): O, Gülüstan qəsəbəsində keçirilən etirazlar zamanı kürəyindən güllə ilə vurularaq həbs edilib.

9)     Bicən Kərəminin adı hələ ki, müəyyənləşdirilməmiş oğlu da atası ilə eyni zamanda saxlanılıb.

10)                        Rəsul adında Qaşqay türkü

11)                        Sadiq adında Qaşqay türkü

İrqçi fars rejiminin interneti kəsməsi və etirazların geniş miqyasda keçirilməsi səbəbindən hələlik ölən və yaralananlar, eləcə də həbs edilənlərin sayı və kimlikləri barədə dəqiq məlumat əldə etmək mümkün deyil.

Sədra, Şiraz və qaşqay türklərinin yaşadığı başqa şəhərlərdə onlarla qaşqay türkünün rejim tərəfindən qətlə yetirildi bildirilir.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın