İrqçi fars rejim kişi görünüşündə stadiona daxil olmağa çalışan 6 gənc qızı yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim avqustun 12-də 6 gənc qız kişi görünüşündə stadionlarına girməyə çalışdıqlarına görə həbs edib.

Gənc qızların artıq Qərçək həbsxanasına köçürüldüyü bildirilir. Həmin gənc qızların rejimin terrorçu İslam Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsi tərəfindən yaxalandığı söylənilir.

Məlumata görə, dörd qadının kimliyi “Zəhra Xoşnavaz”, “Furuğ Alayi”, “Hədiyə Mərvdusti” və “Leyla Məliki” kimi müəyyən edilib.

Məlumatda deyilir ki, həbslərin ilk dalğası İran Futbol Federasiyasının rəhbəri Mehdi Tacın Premyer Liqa oyunlarının başlaması ərəfəsində qızların stadionlara girişinin qarşısını almaqğa bağlı İslam Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinə şikayət və müraciətindən etməsindən sonra baş verib.

Həmçinin yoxlayın

Miyanalı taekvondoçu Radin Zeynali 21 yaşdan aşağılarda dünya çempionu oldu

GADTB: Miyanalı taekvondoçu Radin Zeynali Keniya ev sahibliyi ilə keçirilən 21 yaşadək idmançılar arasında dünya …

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

GADTB: Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq …

Bir cavab yazın