İrqçi fars rejim Mehdi Kuxianı həbsxananın ümumi bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Marağa zindanında saxladığı azərbaycanlı milli-mədəni fəal, “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxianı yenidən həmin həbsxananın ümumi bölməsinə köçürdü.

Azərbaycanlı fəal 2019-cu il iyulun 2-də zindana baxış keçirən rejimin Məlikandakı Prokuroru ilə mübahisə etdikdən sonra sifarışlə Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülmüşdür. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq yerinə zindanın karantin bölməsinə köçürülmüşdür.

Azərbaycanlı fəal Mehdi Kuxiyan karantin bölməsinə bir gün qaldıqdan sonra həbsxananın ümumi bölümünə köçürülüb.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il aprelin 8-də ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Kuxianın yaxınlarının bildirdiyinə görə, Mehdinin yaxalanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub. Salman Xudadadi isə ötən aylarda Zəhra Nəvidpura cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı ittiham edilib və M.Kuxian da bu barədə məlumatı yaymağa çalışıb.

Bundan əvvəl dəfələrlə Məlikanın millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən azərbaycanlı fəal yaxalanarkən döyülüb və sonra Məlikanda yerləşən ETTELAAT İdarəsinin təcridxanasına salınıb.

Mehdi Kuxian bundan öncə də milli-mədəni fəaliyyətləri ilə bağlı yaxalanıb, həbs və işgəncələrə məruz qalmışdır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın