Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejim müstəmləkə etdiyi kölələri yenə Azərbaycana hücuma keçdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim müstəmləkə edərək, kölələşdirdiyi giləklər dünən Rəşt şəhərində Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə çalışıblar. Onlar rejimin göstərişi ilə azərbaycanın şərq hissəsinin Gilana, qərb hissəsinin isə kürdlərə verilməli olduğunu əks etdirən plakardlar qaldırıblar.

Farsların kölələrinə çevrilmiş giləklər qatı türk düşməninə çevriliblər. Onlar dünən keçirilən yarışda azərbaycanlı tərəfdarlara hücum edib onları döyüb, Ərdəbildən gedən fəalların avtobuslarının şüşəsini isə sındırıblar. Hətta rejimin yerli gilək polisləri də qəsdən Azərbaycan türklərini döyüb yaxalamışlar.

Özləri də irqçi farsların köləsinə çevrilmiş kürdlər və giləkləri artıq müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Güney Azərbaycanın üzərinə hücuma keçiblər.

Antitürk və Antiazərbaycan əhval-ruhiyyəsi aşılanan kölələşmiş kürd və giləkləri özlərinin köləlikdən və fars rejimin müstəmləkəçiliyindən qurtarmağa çalışmaq yerinə irqçi fars rejimin göstərişi ilə Azərbaycan və Azərbaycanın haqlı mübarizəsini zəiflətməyə çalışırlar. Bu isə son nəticədə onların özlərinə və digər qeyri-farslara bədbəxtlik və fəlakətdən başqa bir şey gətirməz.

İrqçi fars rejim bu məqsədlə bir gün İraq kürdlərini Kermanşaha köçürmək yerinə Azərbaycana köçürür, başqa gün isə Azərbaycanı inzibati ərazi bölgüsü adı ilə parçalayıb müəyyən hissələrini kürdlərə və giləklərə birləşdirirlər. Bu da son nəticədə həmin kürdlərin, giləklərin və Azərbaycan türklərinin assimilyasiya prosesini gücləndirmək və qeyri-farsları məhv etmək məqsədi güdür. Təəssüflə güləklər və kürdlər isə bu məsələnin fərqinə varmırlar.

Bu istiqamətdə rejim artıq Güney Azərbaycanın şərqində yerləşən giləkləri Azərbaycanın cənub-qərbində yerləşən kürdlərlə müttəfiqə çevirib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın