Çərşənbə axşamı , Yanvar 18 2022
azfa

İrqçi fars rejim nüvə proqramı ilə dünyanı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim nüvə proqramı ilə dünyanı hədələyib.

İran parlamentinin üzvü Əhməd Əmirabadi deyib ki, “Sanksiyalar ləğv olunmasa, İran fevralın 21-də MAQATE müfəttişlərini ölkədən çıxaracaq”.

Əhməd Əmirabadinin sözlərinə görə, sanksiyalar həmin günə qədər götürülməsə, İran bu addımı atmağa məcbur qalacaq: “İran İslam Respublikasına qarşı sanksiyalar fevralın 21-dək xüsusilə maliyyə, bank və neft sektorlarında qaldırılmasa, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini ölkədən çıxaracağıq. Üstəlik, İran da “Əlavə Protokol”un könüllü icrasını dayandıracaq. Bu, İran parlamentinin qanunudur və hökumət buna riayət etmək məcburiyyətindədir”.

Əmirabadinin sözlərinə görə, sanksiyalar götürülənə qədər İran öhdəliklərini yerinə yetirmək üçün heç bir səbəb görmür: “Sanksiyaları ləğv etmədən öhdəliklərimizi yerinə yetirmək İran xalqına zərər verir və bu günə qədər İran xalqı zərər görməyə davam edir. Biz amerikalılara bir şans verdik və ABŞ-ın yeni rəhbərliyi 21 yanvarda vəzifəsinə başlayacaq. Fevralın 21-dək qədər sanksiyaların ləğvi üçün tədbirlər görməlidirlər, əks təqdirdə İran İslam Respublikası xalqının maraqlarını qoruyacaq”.

Həmçinin yoxlayın

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik …

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən …