Cümə , Oktyabr 23 2026
azfa

İrqçi fars rejim Qəzvində yerli türk musiqisini qadağan edib, kürd musiqisini yayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimi Azərbaycanın Qəzvin vilayətində yerli türk musiqisini qadağan edib, kürd musiqisini yaymaqdadır. Rejim hətta Azərbaycanın bu tarixi ərazisində Azərbaycan musiqisinin təlim mərkəzlərinə də fəaliyyət lisenziya vermir.  

Türklərin yaşadığı Qəzvində türk musiqisini qadağan edən rejim kürd musiqisinə lisenziya verir. Hətta qeyd edilən Azərbaycan vilayəti və  şəhərində kürd musiqisi kursları və festivalı rejimin himayəsi ilə təşkil edilir.

Qeyd edək ki, işğalçı fars rejiminin bu antitürk və bəşəri dəyərlərə zidd olan işi sırf rejimin Antiazərbaycan xislətindən irəli gəlir. Kürdlər isə irqçi fars rejimin bu planına alət olmaqda davam edirlər.

Həmçinin yoxlayın

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Bir cavab yazın