Cümə axşamı , Aprel 18 2024
azfa

İrqçi fars rejim qar altında qalan Güney Azərbaycana şəhərləri və kəndlərinə yardım göstərmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın əvvəllərindən güclü qar nəticəsində Güney Azərbaycanın Xalxal, Ərdəbil və s. bölgələrinin yolları bağlanıb və həyat iflic vəziyyətə düşüb. Lakin dövlət ayrıseçkilik edərək yolları açmaqda yardım etməyib.

Güney Azərbaycan və İranın gündəm məsələləri üzrə mütəxəssis Mehdi Nəimi Güneydə həftələrdir davam edən sərt hava şəraiti ilə bağlı bildirib ki, qar nəticəsində bağlanan kənd yollarının böyük hissəsini sakinlər açıb:

“Qar nəticəsində Ərdəbildə təxminən 819, Şərqi Azərbaycanda isə 1500 kəndin yolu bağlandı. Millətin yardımı ilə Ərdəbildə 475 kəndin yolu açılsa da, 344 kəndin yolu hələ də bağlıdır. Dövlət bildirir ki, yolların açılması üçün dəstək göndərir, amma göndərilən yardım ünvana çatmır. Dövlətin göndərdiyi yardım ya heç bir işə yaramır, ya da cüzi dəyişikliyə səbəb olur. Bu səbəbdən insanlar özləri başlarına çarə qılmağa, yalın əlləri ilə yolu açmağa çalışırlar. Şərqi Azərbaycanda yolları bağlı olan 1500 kəndin böyük bir hissəsində problem aradan qaldırılsa da, alınan son məlumatlara görə, hələ 400 kəndin yolu bağlıdır”.

M.Nəimi vurğulayıb ki, yolla bağlı lazımi struktur qurulmadığı üçün belə vəziyyət yaranıb:

“Əgər yenə qar yağsa, yolları bağlanan kəndlər çoxala bilər. Güclü qarın yağması səbəbindən yolların bağlanması təbii bir prosedur olsa da, məsələnin başqa yönü də var. Sözügedən bölgələr Güney Azərbaycan coğrafiyasına daxil olduğu üçün burada dövlət tərəfindən struktur qurulmayıb. Cüzi miqdarda qar yağan kimi sular donur, təbii qaz və işıqlar kəsilir, insanlar həyatdan təcrid olur, beləliklə göndərilən yardım da ünvana çatmır. Dövlət müxtəlif yollarla, məsələn, helikopterlərlə yardım göndərə bilər, amma bu, nadir hallarda olur. Mindən çox kəndin yolu bağlanarsa, təbii ki, ona 1-2 helikopterlə kömək etmək olmayacaq.

Dəstək gözləyən zərərçəkənlərə idmançıların böyük dəstəyi olub. Onlar bacardıqları qədər ehtiyacı olanları çörəklə təmin etməyə çalışıblar. Ancaq bu, nə vaxta qədər davam edəcək? İnsanlar yardım göstərməyə çalışırlar, amma bu, problemin həlli yolu deyil”.

Həmçinin yoxlayın

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Kürd terrorçuları Urmiyada “Yaşasın Azərbaycan!” deyən azərbaycanlı gəncə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya şəhərində futzal oyunları üzrə keçirilən Ramazan Kuboku …

Bir cavab yazın