Cümə axşamı , Fevral 12 2026
azfa

İrqçi fars rejim qeyr-sabitlik yaratmaq məqsədilə Livana hərbi yardıma davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejim qeyr-sabitlik yaratmaq məqsədilə Livana hərbi yardıma davam edir.Bunun üçün Livan Xarici İşlər naziri Gebran Bassil İranın Livan ordusuna hərbi yardımını alqışlayıb.

Bunu Bassil Beyrutda jurnalistlərə açıqlamasında deyib.

Həmçinin “Hizbullah”ın baş katibi Həsən Nəsrullah fevralın 11-də Livanda səfərdə olan rejimin xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşüb. Görüş zamanı Nəsrullah İranın Livana göstərdiyi “köməklər”ə görə Zərifə təşəkkür edib və bunun davamlı olmasını istəyib.

Qeyd edək ki, Amerika “Hizbullah”ı terror təşkilatları siyahısına daxil edib. ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranda əhalinin vəziyyətinin pisləşməsinə baxmayaraq, İran rəsmiləri hələ də ölkə pullarının xaricdə fəaliyyət göstərən terror təşkilatlarının silahlandırılmasına sərf edir.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın