Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejim Qulamrza Əmaninin məzarı ətrafında azərbaycanlı fəalları yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları oktyabrın 25-də Təbrizdə mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümündə çox sayda azərbaycanlı milli-mədəni fəalı yaxaladı.

Rejimin məmularının yaxaladığı azərbaycanlı fəallardan bəzilərinin adları məlum olub. Yaxalanan fəallardan Rəsul Rəzəvi, Yusif Rəzəvi, Cəlil Bəyməhəmmədi, Babək Hüseyni Müqəddəm, Şəhruz Bərzgər və Şahin Bərzgərin adı hələlik məlumdur.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri Şahin və Şəhruz Bərzgərin ata evlərinə hücum edərək yaxalayıb. Şahidlərin dediyinə görə, Şəhruz yaxalanarkən ETTELAAT məmurları tərəfindən döyülüb.

Yuxarıda fəallardan 4-ü Maralan qəbiristanlığında mərhum mühəndis Əmaninin məzarını  ziyarət edərkən ziyarət edilib.

Azərbaycanlı fəallar Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimini onun məzarı başında keçirməyə çalışıb.

Verilən məlumata görə, hazırda Maralan qəbiristanlığının ətrafında çox sayda ETTELAAT məmuları var və onlar anım mərasiminin qarşısını almağa çalışıblar.

Qeyd edək ki, mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də qardaşları Cəfər və Kərimlə birlikdə şübhəli yol qəzasında həyatını itirib. Fəalı və onun qardaşlarının rejim sui-qəsd nəticəsində öldürdüyü bildirilir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın