Bazar ertəsi , İyul 20 2026
azfa

İrqçi fars rejim Tehranda türk dilində kitab çap edən Əndişeyi No nəşriyyatının fəaliyyətinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda türk dilində kitab çapı və satışı mərkəzi olan “Əndişeyi No” nəşriyyatının fəaliyyətini qadağan etdi.

İrqçi fars rejimin məhkəmə sistemi isə qapısını möhürlədiyi nəşriyyatın qanunsuz kitablar çap etmək və satmaqda günahlandırıb.

Halbuki, nəşriyyat bütün kitabları İslami İrşad və Mədəniyyət Nazirliyinin verdiyi icazə əsasında çap etdiyini bildirir.

 “Əndişeyi No” Nəşriyyatının müdiri Yusif Fərzanə deyib ki, 40 ildir ki, bu işdə fəaliyyət göstərir və o nəşriyyata aid bütün qanunlarla tanışdır.

Yusif Fərzanə mədəni fəaliyyəti ilə əlaqədar bir müddət Evin zindanında saxlanılıb. Dindirilmə zamanı ona bildirilib ki, 800 cilddən çox türkcə kitab, eləcə də kompüterlərinin hard diskləri, sənəd və əlyazmaların götürülüb və müsadirə edilməsi barədə heç bir yerdə danışmasın.

 “Əndişeyi No” Nəşriyyəatının müdiri Evin zindanından zaminə buraxılsa da, ona qarşı psixoloji təzyiqlər davam edir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın