Çərşənbə , İyun 10 2026
azfa

İrqçi fars rejim Traxtur komandasını qarşıladğına görə azərbaycanlı fəala həbs, cərimə və şallaq qərarı çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Traxtur komandasını Təbriz hava limanında qarşıladğına görə azərbaycanlı milli- mədəni fəal Məhəmmədibraim Cövdət Nocədəni həbs, cərimə və şallaq cəzasına məhkum edib.

Rejimin Təbrizin Xusrovşa bölgəsindəki Ümumi Cinayət Məhkəməsinin 3-cü şöbəsinin qərarı ilə fəal həbs, cərimə və şallaq cəzasına məhkum edilib.

Məhəmmədibraim Cövdət Nocədə Traxtur futbol komandasının kupoku qazanmasından sonra sentyabrın 4-də Təbriz hava limanında komandanın qarşılanma mərasimində iştirak edən zaman İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, bir gün sonra 360 milyon tümənlik böyük məbləğdə mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Heç bir günahı olmayan azərbaycanlı fəal  şərlənərək rejimin məhkəməsi tərəfindən “Siyasi sistem əleyhinə təbliğat” ittihamı ilə 6 ay həbs 4 milyon 300 min tümən nağd pul cəriməsinə məhkum edilib.

Azərbaycanlı fəala qarşı, həmçinin guya “Cəmiyyətdə qarışıqlıq və iğtişaş yaratmaq” ittihamı ilə 63 şallaq zərbəsi cəzası verilib.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın