Çərşənbə , Oktyabr 21 2026
azfa

İrqçi fars rejim Traxtur komandasının tərəfdarı Məhəmməd İbraim Cövdəti məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Traxtur komandasının tərəfdarı Məhəmməd İbraim Cövdəti Təbriz yaxınlığında yerləşən Xusroşəhrdə məhkəməyə çağırılıb.

Rejimin məhkəməsi Cövdəti “toplaşma, iğtişaş və İslam Respublikası nizamına qarşı təbliğat” ittihamı ilə günahlandırır. Məhəmməd İbrahim Cövdətdən beş gün ərzində məhkəməyə müraciət etməsi tələb edilib.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd İbraim Cövdəti keçən cümə günü Təbriz hava limanında İran kubokunun qalibi olan Traxtur komandasını salamlama mərasiminə qatıldığı zaman yaxalanıb, bir neçə saat sonra zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …

Bir cavab yazın