Cümə axşamı , Sentyabr 24 2026
azfa

İrqçi fars rejim yenə azərbaycanlı milli-mədəni fəal Əli Əzizini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əli Əzizini rejimin Təbrizidəki Cinayət məhkəməsinə çağırıb.

Məhkəmənin Elektron Sistemi vasitəsilə göndərilən çağırış vərəqəsində azərbaycanlı fəalın “Kiber məkanda yalan yaymaq”da günahlandırıldığı və oktyabrın 21-də Təbridıki Cinayət Məhkəməsinin 107-ci şöbəsinə müraciət etməli olduğu qeyd olunub.

Milli fəal həmçinin “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq”da günahlandırılıb. Bu ittihamlara isə sentyabrın 14-də Təbrizdəki rejimin İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılacaq.

Qeyd edək ki, rejimin Urmiyada yerləşən 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı fəal Əli Əzizi və başqa 5 nəfər azərbaycanlı fəalı həbsə məhkum edib. Azərbaycanlı fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “Ümumi asayişi pozmaq”da ittiham edərək, 8 ay həbs cəzası verilmiş və həmin cəzanı 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə əvəz etmişdir.

Azərbaycanlı fəal Təbrizdə zindanda saxlandığına görə məhkəmə qiyabi keçirilmişdir.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri yenidən fevralın 23-də Əli Əzizinin ata evinə hücum edərək fəalı yaxalamış və ona qarşı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham edilmişdir.

Əli Əzizi koronavirus təhlükəsi səbəbindən martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılması üçün qərar verilmiş, lakin, sonradan mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılmışdır.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Bir cavab yazın