Çərşənbə , Fevral 11 2026
azfa

İrqçi fars rejim yetişdirdiyi terrorçularla Səudiyyə Ərəbistanın neft borularını partlatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim regionda yetişdirdiyi terrorçularla Səudiyyə Ərəbistanın neft borularını partlatdı.

Səudiyyə Ərəbistanı Energetika və sənaye naziri Xalid Əl-Fəlih məsələni təsdiq edərək, deyib ki, Səudiyyə Ərəbistanının neft boru kəmərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olunub.

Nazirin sözlərinə görə, hücumlardan sonra ana boru xəttinə neftin göndərilməsi dayandırılıb. Hücumlardan sonra baş verən yanğın da tamamilə söndürülüb.

Hücumun məsuliyyətini irqçi fars rejimin yetşdirdiyi terrorçu Husilər öz üzərinə götürüb. Terror təşkilatı Səudiyyə Ərəbistanının hücum taktikasının qarşısını almaq məqsədilə belə bir mesaj verdiklərini açıqlayıb.

Qeyd edək ki, son 2 gündə körfəz bölgəsində xaos yaranıb. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına aid gəmilərin yanmasından sonra ABŞ bu hadisənin arxasında İranın dayandığını iddia etmişdi. Lakin İran bu iddianı təkzib etmişdi.

Bu gün “Nyu-York Tayms”da dərc olunan xəbərə görə, ABŞ prezidenti Donald Tramp təsdiq etsə, ABŞ Yaxın Şərqə 120 min əsgər göndərəcək. Körfəzdə İranı blokadaya salmağa çalışan ABŞ daha əvvəl F-35 qırıcılarını, B-52 nüvə bombardmançılarını, “USS Abraham Lincoln” gəmisini və çox sayda döyüş gəmilərini bölgəyə göndərmişdi.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın