Çərşənbə axşamı , Mart 10 2026
azfa

İrqçi fars rejim zindanları azərbaycanlı fəallarla doldurduğu üçün Təbrizdə yeni zindan tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı zindanlara çevirən irqçi fars rejim daha çox azərbaycanlı fəalı zindanlara doldurmaq məqsədilə Təbrizdə əlavə yeni zindan tikir.

Şərqi Azərbaycan zindanlarının baş müdiri Həsən Məhəmmədyari bu barədə məlumat verərək deyib ki, yeni tikilən zindan Təbrizin şimal-qərb tərəfində yerləşən Bababağı məntəqəsində tikiləcək.

Məhəmmədyarinin sözlərinə əsasən, həmin zindanın layihəsi 2012-ci ildən nəzərdə tutulub və zindan 14 min kvadratmetr ölçüdə 5 min nəfərlik məhbus üçün nəzərdə tutulur.

O, etiraf edib ki, artıq Təbriz zindanın tutumunun bir neçə qatı qədər məhbusla doldurulub.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın