Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejimi insan haqları ilə bağlı dünya standartlarını dərk etmək səviyyəsində deyil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi insan haqları ilə bağlı dünya standartlarını dərk etmək səviyyəsində olmadığı üçün BMT baş katibinin İranda insan haqlarının durumu ilə bağlı hesabatını da dərk etmir.

İrqçilik və geriçilik nümayiş etdirən molla rejimi hətta BMT-nin insan haqları ilə hesabatını da özü üçün etibarsız hesab edib. Bununla bağlı hətta İran adlanan ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də utanmadan açıqlama verib.Qasımi bildirib ki, BMT baş katibinin hesabatı qurumun İnsan Haqları Şurasının növbəti iclasına təqdim etmək məqsədilə hazırlanıb: “Öncədən də müşahidə edirdik ki, bu kimi hesabatlar mahiyyət və prinsip etibarı ilə çoxlu nöqsanlara malikdir. Hesabat  etibarsız qaynaqların məlumatları əsasında hazırlanıb, hesabatda İranın insan haqları sahəsindəki nailiyyətləri qeyd olunmayıb.  İran İslam Respublikası qabaqcıl İslam qanunları və ölkə konstitusiyasının prinsiplərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını daha yaxşı səviyyədə təmin edir”.Qasımi deyib ki, insan haqları amili ikili standartlar, siyasi və xüsusi məqsədlər üçün alət kimi istifadə edilir. “İran hesab edir ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Yaxın Şərq ölkələrindəki müharibələr nəticəsində insan faciələrinin yaşandığı bir vaxtda ikili standart siyasəti yürüdərək bu və digər ölkədə insan haqları durumunu dəyərləndirmək dünya ictimaiyyətinin BMT-yə etimadsızlığına səbəb olur”.

Qeyd edək ki, başda irqçi fars rejimi olmaqla diktator və irqçi rejimlər insan haqlarını kobud şəkildə pozduqlarına görə tənqidə məruz qalanda guya ikili standarta məruz qaldıqlarını bildirib, dünyada insan hüquqlarını dərk etmədiklərini ört-basdır etməyə çalışırlar.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın