İrqçi fars rejimi müstəmləkə siyasəti Marağa Rəsədxanasından da yan keçməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Güney Azərbaycana qarşı müstəmləkə siyasəti Marağa Rəsədxanasından da yan keçməyib.

Güney Azərbaycanın tarixi və elmi mərkəzi olan Marağa Rəsədxanası baxımsız vəziyyətdədir. Hətta turistlərin də rəsədxanaya getmək üçün istifadə etdiyi yol dağılıb.

 Tehrandan Rəsədxananı görməyə gələn Həsənzadə adlı bir turist tarixi məkanın yolunun acınacaqlı vəziyyətdə olmasını kəskin tənqid edərək deyib: “Bu yol belə bir tarixi məkana uyğun deyil. Bu vəziyyətdə turistlər rəsədxananı ziyarət etməyə rəğbət göstərməz.

Mən bu tarixi əsəri görüncə çox həyəcanlandım. Lakin bir nəfər tapılmadı ki, onun barəsində bizə məlumat versin”.

Şərqi Azərbaycanda universitet müəllimi ustad Faxeri isə deyib: “Marağa Rəsədxanası ölkədə elmlə bağlı  turizmin qütbü ola bilər. Təəssüflə mən 4-cü dəfərdir ki, buranın öz başına buraxıldığına şahid oluram. Yerli məsullar vəsait çatışmazlığını bəhanə etmədən bu məkanın problemlərini aradan qaldırmağa çalışmalıdır.”

Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şökri də bu məsələyə münasibət bildirərək deyib: “Dünya şöhrətli Marağa Rəsədxanası düzgün qorunub saxlanılmır. Tarixi məkana gəlmək üçün istifadə olunan yol da yağıntılar nəticəsində təxrib olunub və avtomobil qəzalarının baş vermə ehtimalını artırıb.

Qeyd edək ki, Marağa Rəsədxanası Azərbaycanın tarixi və elmi mərkəzlərindən biridir və Xacə Nəsirəddin Tusi tərəfindən tikilmişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın