Şənbə , Aprel 18 2026
azfa

İrqçi fars rejimi Qərbi Azərbaycan vilayətini kürd ərazisi kimi tanıdır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İrqçi fars rejimi əzəli Azərbaycan ərazisi olan Qərbi Azərbaycan vilayətini kürd ərazisi kimi tanıtmaqdadır. Rejimin Təhsil Nazirliyi məqsədli şəkildə İran adlanan ölkənin xəritəsinin müxtəlif bölgələrində həmin ərazidə yaşayan xalqın milli geyimini əks etdirən insan şəkli yerləşdirib. Məlumata görə, Kürdlərin yaşadığı Kürdüstan və Kermanşah vilayətlərinin yeri boş olduğu halda Qərbi Azərbaycan vilayətində kürd geyimli insan şəkli yerləşdirməklə Azərbaycanın bu bölgəsini Kürdüstan kimi tanıtmağa çalışıb.

Türk düşəni olan fars rejiminin Azərbaycana qarşı belə düşmənçiliyi təkcə kitab üzərində edilən saxtakarlıqlarla bitmir və rejim son onilliklərdə İraq kürdlərini qrup-qrup Qərbi Azərbaycan ərazisinə yerləşdirməklə Qərbi Azərbaycan vilayətini azərbaycanlılar üçün ikinci Qarabağa çevirməyi qarşıya məqsəd qoyub.

İrqçi fars rejimi həmçinin Azərbaycan türk millətinin haqlı etirazlarına baxmayaraq, Qərbi Azərbaycan vilayətinə artıq kürd vali də təyin edib. Rejim planlı şəkildə addım-addım Güney Azərbaycanın bir hissəsini kürdləşdirmək, digər bir hissəsini isə törətdiyi ekoloji fəlakətlə məhv eləməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın