Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrqçi fars rejimi Türkmənistanla cənub türkmənlərinin birliyini pozmağa cəhd edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin amilləri Türkmənsəhra bölgəsində Türkmənistanla cənub türkmənlərinin birliyini pozmağa cəhd edir. Bu məqsədlə tez-tez Türkmənistan sərhədçilərinin cənub türkmənlərinin qayıqlarını vurduğuna dair yalan məlumatlar yayırır. İbdi də rejimin rəsmisi Türkmənistan Respublikası dəniz sərhədçilərinin türkmən balıqçılara odlu silahdan atəş açması və nəticədə 2 iranlı türkmə balıqçının yerindəcə həlak olub, 2-sinin yaralanması barədə məlumat yayıb.

Türkmənsəhranın Bəndər-Türkmən şəhərinin qubernatoru İlyas Hivəçi, martın 21-də jurnalistlərə açıqlamasında deyib ki, açılan atəş nəticəsində ölən və yaralanan balıqçılar, Gülüstan (Türkmənsəhra) əyalətinin Bəndər-Türkmən şəhərinin sakinləridir: “Balıqçıların meyitləri və yaralılar, hazırda Türkmənistan tərəfinin əlindədir. Bütün türkmən balıqçılara, iki ölkənin dəniz sərhəd sularına yaxın zonalarda balıq tutmamaq barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilmişdi”.

İlyas Hivəçi, hadisədə ölən və yaralanan balıqçıların adlarını açıqlamayıb. Rəsmi Tehranın baş vermiş olayla bağlı mövqeyi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, bundan öncə də bir neçə dəfə oxşar məlumatlar qərəzli şəkildə irqçi fars rejimi tərəfindən yayılıb, lakin sonradan həmin məlumatların yalan olduğu məlum oldub. Ona görə də, ekspertlər irqçi fars rejiminin Türkmənsəhra türkmənləri ilə Türkmənistan türkmənlərinin münasibətini pozmağa cəhd etmələrini qeyd edirlər.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın