Çərşənbə , Avqust 26 2026
azfa

İrqçi fars rejimin Azərbaycanın haqlı olmasına baxmayaraq Ermənistanı dəstəkləməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib.

Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib.

“Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik”,-deyə deputat vurğulayıb.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik”. 

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Bir cavab yazın