Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejimin Güney Azərbaycanda türklərə zülmü almanlı alimin dililə

GADTB-nin Mətbuat Mərkəzinin “Axar.az”a istinadən verdiyi məlumata görə, Azərbaycan xalqı regionda daim tolerant, humanist dəyərlərə söykənən yaşam xətti ilə getsə də, təəssüf ki, zaman-zaman qonşuluğundakı xalqların, dövlətlərin şovinizmi ilə üz-üzə qalıb.

Şimal qonşumuz rusların X əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrinə aramsız hücum və qarətlərini XX əsrin əvvəllərində bolşeviklərin bu ölkəni işğal etməsi müşayiət etdi. Əslində, buna qədər də Azərbaycan torpaqları bir neçə dəfə rusların hücumlarına məruz qalmış, döyüş meydanına çevrilmişdi. Bu döyüşlərin bir qismi cənub qonşumuz İranla olmuşdu və imperiya ənənəsi olan tarixi Azərbaycan torpaqları Rusiya və İran arasında iki hissəyə bölünmüşdü.

Hazırda Azərbaycan torpaqlarının böyük bir hissəsi işğalçı İranın tərkibindədir və burada 30 milyon Azərbaycan türkü yaşayır. Lakin təəssüf ki, burada Azərbaycan türklərinə olan münasibət birmənalı deyil. Bəzən TV-lərdə, stadionlarda, bəzən də ictimaiyyət arasında azərbaycanlılara qarşı təhqir, aşağılama, hədə xarakterli sözlər, davranışlar sezmək mümkündür. Təbriz klubu “Traxtur”un oyunlarında həmyerlilərimizə qarşı səsləndirilən təhqir içərikli şüarların davamını İran telekanallarında, hətta tədbirlərində görmək mümkündür.

Biz bu “gözardı edilmə” siyasətinin davamını Təbriz Universitetinin bir neçə gün əvvəl keçirilən yubileyində də gördük. Bu universitet 1946-cı il iyunun 12-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri tərəfindən açılıb və buna əsasən, universitetin təsisinin 72-ci ildönümü qeyd edilməli idi. Lakin İran rəsmiləri universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini göstərməyə çalışdıqları üçün təhsil ocağının 70-ci ildönümü olduğunu iddia ediblər.

Bəs Azərbaycan və Türkiyə türklərinə qarşı İranda formalaşmış bu təcrid siyasətinin səbəbi nədir?

Bu suala ən gözəl cavabı tanınmış alman alimi Gerard Dörfer verib. O problemin səbəbini belə açıqlayıb:

“Özlərini mədəni baxımdan türklərdən üstün görmə duyğularına bəzi farslarda türklərə qarşı gizli bir düşmənlik duyğusu da qarışır. Bu düşmənlik duyğusu 997-dən 1925-ci ilədək, yəni demək olar ki, min il boyunca İranın türk hökmranlığı altında qalmış olmasından qaynaqlanır. Bu min il boyunca İranda saray və ordu mənsubları və soylular sinfi türklərdən ibarət idi. Məhz buna görə Pəhləvi xanədanı dönəmində, yəni 1925-ci ildən sonra İranda türklüyün mədəni təsiri tamamilə yasaqlanıb, türklərə aid hər cür məsələdə elmi araşdırma aparmaq çətinləşib”.

Tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva yazır ki, Əməvilər zamanında ərəb milliyyətçiliyinin hakim olduğu dövrdə müxtəlif məzhəblərə dayanan fars soylu sülalələr dövlət qursa da, Samanilərin türk Qəznəlilərə (961-1186) yenilməsi ilə bu regionda hakimiyyət türk əsilli sülalənin əlinə keçib və bunun da İranın gələcək 1000 illik Türk hakimiyyətinin təməli atılıb.

Türklərin bu bölgədə hökmranlığı fars mədəniyyətinin zənginləşməsində, böyüməsində müstəsna rol oynayıb. Bu prosesdə Səfəvi İmperiyası mühüm yer tutub. Səlcuqlarla başlayan müsəlman-türk hakimiyyəti öz intibahını Səfəvilərlə ortaya qoyub. Səfəvilər bölgədə mövcud olan və dəyişən dəyərləri özündə cəmləşdirərək, yeni bir forma ilə orta əsr zehniyyətinin təşkilatlanmış, qüvvətli feodal dövlətçilik forması ilə ortaya çıxıb.

XIX əsr modernləşmə hərəkatları və onun əvvəlində xanlıqlara parçalanan və kontrolu çətinləşən regionun hər bir tərəfində yaranan azadlıq meylləri fars xalqının bir millət kimi səhnəyə çıxmasın və regionda iqtisadi maraqları olan Avropalıların, ingilislərin dəstəyi ilə də Pəhləvilərin İranın başına keçməsinə, 1925-ci ildən sonra farsların dövlətçiliyi ələ keçirmələrinə təsir edib. Modernləşmə prosesindən sonra İranın siyasi və mədəni həyatında Azərbaycan türklərinin təsirli olması, yuxarıda qeyd etdiklərimizin seyrində bunu göstərməkdədir ki, bu hakimiyyət uğrunda mübarizə daha uzun illər davam edəcək.

İstənilən təcrid və təzyiq siyasətinə rəğmən, güneydəki soydaşlarımız öz milli ruhlarını, əqidələrini bəzi məqamlarda hətta şimaldakı həmvətənlərindən də yaxşı qoruyub saxlamağı bacarıblar.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın