Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejimin məclisinin daha əhəmiyyətsiz qurum olmasına dair təbrizli millət vəkilindən etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən irqçi fars rejimin parlamentindəki millət vəkili Şəhabüddin Bimiqdar artıq parlamentin ölkənin qərarlarında təsirinin azaldığına etiraf edib.

Şəhabüddin Bimiqdar NasrNews xəbər saytına müsahibəsində növbəti məclis seçkilərində namizədliyi irəlisürməyəcəyini və xalqın qarşısında başı aşağı olduğunu deyib.

O, yanacaq qiymətlərinin birdən 3 dəfə artırılması mövzüsüna toxunaraq, artıq başqa orqanların qərarlar aldığını və məclisdəki nümayəndəlrin sözlərinə dəyər verilmədiyindən gileylənib. “Qərar verənlər özlərini çoxbilmiş hesab edirlər, məclis və mütəxəssislərin fikirlərinə əhəmmiyyət vermirlər və belə bir vəziyyət də elmi olmayan qərarların nəticəsində gerçəkləşir” – deyə, millət vəkili deyib.

Bimiqdara görə, məclisin artıq çoxdandır ki, alınması gərəkən qərarlarda həlledici rolu yoxdur. O, millət vəkillərinin özləri təqsirkar olduğunu deyib. O deyib ki, onlar məclisin mövqeyini təmin edə bilmədilər.

Təbriz millət vəkili deyib ki, “İran prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı benzinin qiymətinin bahalaşdırılmasından xəbərsiz olduğunu bildirərkən mən ona etiraz etmək istəyirdim, ancaq valinin hörməti üçün bundan imtina etdim. Prezidentin yanacaq qiymətinin artırılmasından gülərək xəbərsiz olduğunu deməsi xalqa hörmətsizlik idi.”

Bimiqdar hesab edir ki, dövlət və hakimiyyət başçıları yanacaq qiymətinin 3 dəfə artırılması qərarı üçün xalqdan üzr istəməlidirlər. “Prezident dövlət və konstitutiyaya əməl edilmənin məsuliyyətini daşıyır və belə danışıqlar bir dövlət başçısına yaraşmaz” – deyə, o bildirib.

Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə səfərdə olduğu zaman bir iclasda gülərək yanacaq qiymətinin artırılmasının tarixi haqda məlumatının olmadığını bildirmişdi. Ruhaninin həmin sözləri sosial mediada reaksiyaya səbəb olmuşdu.

“Benzin qiymətində artımı həyata keçirildiyi gecə mən də xəbərsiz idim. Bu həftə və ya gələn həftə olacağını bilmirdim, çünki Təhlükəsizlim Şurasında demişdim ki, qiymətin artırılması vaxtın ımənə də deməyin. Mən onlara demişdim ki, öncə layihənin icrası ilə bağlı mediada təbliğat işi aparın və uyğun gördüyünüz gecə onu icra edin.”

Ruhaninin bu sözlərindən sonra daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Camal Orf Həsən Ruhanini benzin qiymətinin artırılması ilə bağlı 3 gün öncədən məlumatlandırmışdı.

Təbriz millət vəkilinin parlamentin ölkə idarəçiliyi və qanunvericilik sahəsində mövqeyini itirdiyini və zəiflədiyini deməsi İranda məclis seçkilərinin yaxınlaşdığı vaxta təsadüf edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın