Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal dr.Seyid Camal Musəvinəjadın həbs cəzasını qüvvədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycan vilayətində yerləşən Apelyasiya Məhkəməsi azərbaycanlı mədəni fəal dr.Seyid Camal Musəvinəjad barədə 1 il həbs cəzasına dair qərarı qüvvədə saxlayıb.

İrqçi fars rejimin Apelyasiya Məhkəməsi dr.Seyid Camal Musəvinəjadın təqdim etdiyi bütün sənəd və dəlilləri rədd edərək verilən  həbs cəzasını təsdiq edib.

Qeyd edək ki, Sarab şəhərindən olan azərbaycanlı fəal bundan əvvəl yaşadığı şəhərin məhkəməsi tərəfindən “Sarablı” adlı Teleqram kanalındakı fəaliyyətinə görə qondarma ittihamla “sistemin əleyhinə təbliğ etmək”də ittiham edilərək, 1 il həbs cəzasına məhkum edilmişdi.

İrqçi fars rejimin Sarab şəhərindəki təhlükəsizlik qüvvələri ötən aylarda azərbaycanlı fəalın evinə hücum çəkərək, evdə axtarış aparmış, fəala məxsus mobil telefon, ləptop, kitab və əlyazmaları müsadirə etmişdir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın