Bazar ertəsi , Fevral 9 2026
azfa

İrqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrindən: Ərdəbildə 500 kəndin əhalisi mobil telefonu xidmətindən məhrumdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində hər cəhətdən böyük potensiala malik olan Güney Azərbaycan hər cəhətdən qəsdən geri saxlanılmaqdadır. XIX əsrdə hələ də Ərdəbildə 500 kəndin əhalisi mobil telefonu xidmətindən məhrumdur.

Vəziyyət o dərəcədə acınacaqlıdı ki, artıq rejimin öz rəsmiləri də etiraf etməyə məcbur olurlar.

Ərdəbil vilayətinin Kommunikasiya Texnologiyaları İdarəsinin baş direktoru Behruz Rəzmibhəmin vilayətin Germi və Xalxal rayonlarının kəndlərinin mobil telefon operatorlarının xidmətindən daha çox məhrum qaldıqlarını bildirib.

O, həmçinin provayder şirkətlərin Germi və Xalxal kimi dağlıq bölgələrə daha az xidmət göstərdiyini bildirib.

Ərdəbil vilayətində kənd əhalisinin ilkin ehtiyacları təmin olmadığı və iqtisadi şərait ağır olduğu üçün çoxu şəhərlərə köçmək məcburiyyətində qalır. Ərdəbil vilayətinin Kənd İşləri Baş direktoru Mirəli Rəhimizad ötən ay vilayətin 150-dən çox kəndinin boş qaldığını söyləmişdi.

Texnoloji inkişaf baxımdan şəhərlərlə kəndlər arasında böyük təzad hökm sürür.

Ötən il İranın İnformasiya və Rabitə Texnologiyaları naziri deyib ki, ölkədə 55,477 kəndin yalnız 34 faizi eyni zamanda simli və simsiz telefon və internet xidmətindən faydalana bilir.

İnfrastruktur layihələrinin həyata keçirilməməsi nəticəsində içməli və əkinçilik sularının şorlanması kənd əhalisinin şəhərlərə köçməsinə səbəb olur.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın