Şənbə , Aprel 18 2026
azfa

İrqçi fars rejimin təhlükəsizlik orqanları azərbaycanlı milli-mədəni fəal İbrahim Nurini hədələyib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin təhlükəsizlik orqanları iyunun 24-də Əhər şəhərindən olan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri və qardaşı Fərəc Nurini hədələyərək onlara deyiblər ki, Babək qalası mərasiminə qatılsalar tutuqlanacaqlar.

Məlumata görə, iyun ayının 24-də İbrahim Nuriyə Ettelaat məmurları zəng ediblər. Lakin o telefona cavab vermədiyi üçün aralarında söhbət olmayıb. Bundan sonra məmurlar İ.Nurinin qardaşı Fərəcin iş yerinə gedib, ona  şifahi şəkildə bildiriblər ki, “sən və qardaşın iyul ayının 5 və 6-da Babək qalasında keçiriləcək mərasimə qatılmamalısınız, əks halda saxlanılacaqsınız.”

İyun ayının 25-də isə səhər saatlarında rejimin Əhər şəhərində yerləşən Ədliyyə İdarəsinin hökmləri icra edən şöbəsinin məmurları İbrahim Nurinin ata evinə gələrək onu yaxalamaq istəyiblər. Lakin azərbaycanlı fəal evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın