Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Əziz Purvəlinin ailəsini hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri Təbrizin İmam Rza xəstəxanasında müalicə üçün yattırılan tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin ailəsini hədələdi.

Rejimin məmurları fəalın oğlunu sorğu-suala çəkib, hədələmişlər. Buna səbəb isə azərbaycanlı fəalların  xəstəxanaya düşən Əziz Purvəlinin görüşünə gəlmələri olub.

Qeyd edək ki, azərbaycanlı fəal Əziz Purvəli müalicəsini davam etdirmək üçün məqsədilə Təbrizin İmam Rza xəstəxanasında yatızdırılıb. Lakin rejimin təhlükəsizlik qüvvələri fəalın müalicəsinə də mane olur. Azərbaycanlı fəal bundan öncə isə iki dəfə cərahiyyə əməliyyatı keçirmişdir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın