Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejimin Tehran polisi qeyri-farsları farsca danışmağa məcbur etməyə qərar verib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehran polisi qeyri-farsları farsca danışmağa məcbur etməyə qərar verib. Tehran vilayətinin Polis İdarəsinin Yoxlama və Önləyici Tədbirlər üzrə Bölməsinin tabeliyində olan bütün bölmələrə tapşırıq verib ki, onlardan vətəndaşlarla yalnız fars dilində danışılacaq.

Yayılan məxfi sənəddə Məhəmməd Şərqi tərəfindən imzalanan tapşırıq bütün aidiyyatı bölmələrə göndərilib:

 “Tehran Vilayəti Polis İdarəsinin tabeliyində olan bütün bölmələrə elan olunur ki, yerli olmayan şəxslərlə rastlaşdığınız zaman İran islam Cümhuriyyətinin Konstitusiyasına uyğun olaraq ölkənin rəsmi dilində (fars dili) danışın. Mümkün səhv anlaşılma və polis əməkdaşlarının söyüş və təhqirə yol verməsi ilə bağlı yanlış şübhələri aradan qaldırmaq üçün yerli ləhcələr və qeyri-fars dilində danışılmasın”. Rejimin bu tədbiri isə qeyri-farslar, xüsusilə Azərbaycan türklərinə qarşı daha bir irqçi addım hesab edilir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın