Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejimin terrorçu sepah təşkilatı azərbaycanlı ziyalını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah Təşkilatı azərbaycanlı milli-mədəni fəal və Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin rəisi mühəndis Siyavuş Süleymanipur Urmiya şəhərində öz evində yaxalayıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, azərbaycanlı fəal və ziyalı bir neçə gün əvvəl evə hücum edən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

Hələ də azərbaycanlı fəalın harada saxlandığı və hansı səbəbə görə yaxalandığı barədə heç bir məlumat verilmir.

Həmçinin rejimin terrorçu qüvvələrinin azərbaycanlı ziyalının ailə üzvlərini də təhdid və təzyiqlərə məruz qoyduğu bildirilir. Onlara bildirilib ki, Siyavuş Süleymanipurun yaxalanması ilə bağlı heç bir məlumat mətbuat orqanları və insan hüquqları təşkilatlarına verilməməlidir.

Eyni zamanda bir həftədən çoxdur rejim azərbaycanlı ziyalı Süleymanipurun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin rəsmi mətbuat orqanı olan “Amonews” saytının xəbər yaymasına da icazə vermir.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın