Cümə , Noyabr 13 2026
azfa

İrqçi fars rejimin terrorist qüvvələri Traxtur komandasının tərəfdarı Aşan Sadiqini yaxaldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il may ayının 1-də irqçi fars rejimin terrorist qüvvələri Traxtur komandasının tərəfdarı Aşan Sadiqini oğurlayaraq, aparmışlar.

Əldə etdiyimiz məlumatlara görə, azərbaycanlı fəal Sadiqi Xiyov şəhərindəndir və rejimin terrorçu qüvvələri tərəfindən Təbrizdə Traxturun yarışından sonra oğurlanıb. Hələlik onun nə səbəbə görə yaxalanması və harada saxlanması barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, irqçi fars rejim son zamanlar Traxtur komandasının bütün türklər tərəfindən dəstəkləndiyindən və bu komandanın türkləri birləşdirdiyindən qorxuya düşüb. Ona görə də, Azərbaycanın müxtəlif bölgələrindən Traxturun yarışına gələn tərəfdarlara təzyiq göstərir.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Bir cavab yazın