Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejimin xəbər agentlikləri koronavirus fəlakəti bəhanəsilə dünya türklərini təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin rəsmi xəbər agentlikləri koronavirus fəlakətindən istifadə edib dünya türklərini təhqir etdilər.

İranın rəsmi xəbər agentliyi olan “İran” və terrorçu Sepah təşkilatının “Fars” Xəbər Agentliyi koronavirus böhranı ilə bağlı yaydıqları xəbərlərdə irqçilik göstərib, Çin koronavirusunun sürətli yayılmasını “torktazi” (türk kimi çapan) sözü ilə ifadə etməklə, dünya türklərini aşağılamağa çalışıblar.

Rejimin rəsmi xəbər agentliklərinin mənfi məsələləri türk adı ilə ifadə etmələri isə haqlı olaraq azərbaycanlı fəalların ciddi etirazı ilə qarşılanıb. Etirazların genişliyini görən “Fars” Xəbər Agentliyi ifadəni dəyişməyə məcbur olub.

Qeyd edək ki, bu neçənci dəfədir ki, irqçi fars rejimin rəsmi xəbər agentlikləri dünya türklərini təhqir edir və hər dəfə etirazların olması da onları bu irqçiliyindən çəkindirmir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın