Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejimin Xəzəri quruda biləcək layihəsi məclisdə qalmaqal yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Xəzəri quruda biləcək layihəsi məclisdə qalmaqal yaratdı. Xəzər dənizi suyunun Simnan əyalətinə daşınmasına dair qanun layihəsi rejimin parlamentində bir qrup millət vəkili tərəfindən protest edilib.

Xəzər dənizi ətrafındakı bəzi əyalətləri təmsil edən millət vəkilləri göl suyunun Tehranın şərqindəki əyalətə daşınmasına qarşı çıxıb.

Deputatlar “Xalq Xəzər dənizinin yox olmasına icazə verməyəcək” sözləri ilə layihənin ləğv olunması çağırışı edib. Onlar bildirib ki, bu qanun ekoloji problemə və enerji itkisinə gətirib çıxaracaq.

Qeyd edək ki, qanun layihəsi ildə 200 milyon kub metr suyun Simnana daşınmasını ehtiva edir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın