Çərşənbə , May 14 2025
azfa

İrqçi fars rejimindən Güney Azərbaycanın sənayesini iflasa etdirməyə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın sənaye müəssisələrini iflasa uğratdığına rejimin təyin etdiyi valilər də etiraf edir.

Ərdəbil valisi Əkbər Behnamcu Ərdəbil 2 nömrəli sənaye şəhərciyinin qeyri-fəal və yarı fəal istehsal müəssisələrinə baxış keçirərkən deyib:

“Ərdəbil vilayətində istehsal və sənaye müəssisələrinin 34 faizi qeyri-fəal və durğun vəziyyətdədir. Bu müəssisələrin əksəriyyətinin kiçik problemləri var. Bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır. Sənaye şəhərcikləri, o cümlədən Ərdəbilin 1 və 2 nömrəli sənaye şəhərcikləri yeni iş fürsətlərinin yaradılmasına və ümumiyyətlə bölgənin iqtisadiyyatına böyük töhvə verə bilər. Hesab eliyirəm ki, bunun üçün icra orqanlarrı, yatırımçılar və banklar bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.”

Qeyd edək ki, irqçi fars rejimin ayrıseçkiliyi, üstəlik nüvə fəaliyyətilə bağlı sanksiyalar Güney Azərbaycanda sənayenin iflasa uğramasına gətirib çıxarıb.

Həmçinin yoxlayın

İran AEBA-nı uranın zənginləşdirilməsi səviyyəsini 93%-ə çatdırmaqla hədələyib

GADTB: İran AEBA-nı uranın zənginləşdirilməsi səviyyəsini 93%-ə çatdırmaqla hədələyib. İran AEBA-nı anti-İran siyasətini davam etdirəcəyi …

Güney Azərbaycanda 200 min xalçaçı işini itirib

GADTB: Şərqi Azərbaycan əyalətində xalça ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və …

Bir cavab yazın