Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrqçi fars rejiminin dövlət televiziyası Qərbi Azərbaycanı Kürdüstan adlandırdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Azərbaycanın qərb hissəsinin kürdləşdirilmək məqsədilə davamlı şəkildə İraqdan mühacir kürdləri Azərbaycanın bu bölgəsinə yerləşdirdikdən və Azərbaycanın böyük bir hissəsində demoqrafik dəyişikliyə çalışdıqdan sonra, indi rejimin dövlət televiziyası Azərbaycanın qərb hissəsini Kürdüstan kimi təqdim edir.

Məlumata görə, İran fars rejiminin Teleradio Verilişləri Şirkətinin rəsmi teleqram səhifəsi son əsrlərdə kürdlərin köçürülməsi ilə kürdləşən və əsil adı Soyuq Bulaq olan Mahabad şəhərində Novruz adətlərindən bəhs edərkən Qərbi Azərbaycanı Kürdüstan vilayəti kimi təqdim edib.

İrqçi fars rejimi beləliklə həm Azərbaycanın nöyük bir hissəsini mühacir İraq kürdlərinə hədiyyə edir, həm də Güney Azərbaycanda təhlükəsizliyi pozmaqla Dağlıq Qarabağdan böyük bir problem törətməyə və Azərbaycan türklərini soyqırıma məruz qoymağa zəmin yaradır. Təəssüflə bir sıra türk dövlətləri isə türkün qanlı düşməni olan irqçi fars rejimi ilə hərtərfli əməkdaşığa davam edir.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın