GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi növbəti dəfə İrqçi fars rejimə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bu barədə “Röyter” məlumat yayıb.
Sanksiya siyahısında İran adlanan ölkənin Mərkəzi Bankının rəisi Vəliullah Səif də yer alıb. İranın terroru dəstəklədiyinə görə ona sanksiya tətbiq edilib.
Maliyyə Nazirliyinin sanksiya siyahısında qeyd edilib ki, bu qərarlarla İranın bank sektorunda fəaliyyətinin qarşısının alınması hədəflənib.