Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejiminin rəsmisindən etiraf: Urmiya gölünü İran dövlətinin inkişaf siyasəti qurutdu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Meteorologiya Təşkilatının rəisi Davud Pərhizkar Urmiya gölünün İran dövlətinin inkişaf siyasəti qurutduğunu bildirdi. O davamlı inkişaf planı adı ilə bölgədə su bəndləri və Urmiya gölü üzərində körpü tikilməsini yanlış qərar adlandıraraq, bu işlərin Urmiya gölünün quruması ilə nəticələndiyini bildirib. Bu məsələ ilə bağlı İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Heyətin (IPCC) keçirdiyi iclasda danışıb.

Davud Pərhizkar deyib: “Dövlətin davamlı inkişaf planı Urmiya gölünü qurutdu və bu, su hövzəsi məhv edildi.  Əslində Urmiya gölü, Zayəndərud çayı, Kərxe və Karun davamlı inkişaf planına qurban gedən su hövzələridirlər”.

Davud Pərhizkar həmçinin öz çıxışında dövləti inkişaf layihələrini dəyişdirməyə çağıraraq, deyib: “İnkişaf layihələri baş vermiş iqlim dəyişikliyinə uyğun olmalıdır. Ona görə də davamsız inkişafa şahid olmaq istəmiriksə, bu layihələrə yenidən baxılmalıdır. Elə bu layihələr adını çəkdiyimiz su hövzələrini qurudaraq, məhv etdi. Son 11 ildə yağıntıların normadan az olması və İranda temperaturun 2 dərəcədən çox artması ölkədə iqlim dəyişikliyinin baş verdiyini sübut edir.”

Qeyd edək ki, irqçi fars rejiminin Urmiya gölünü qurutduğuna dair fikirlər daha əvvəl də səslənib. Lakin artıq rejimin öz rəsmiləri bunu etiraf etməyə başlayıblar.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın